

Müasir texnologiya və peşəkar komanda ilə mövcud quyuların istismar müddətini uzadır, istehsal həcmini artırır və əməliyyat xərclərini azaldırıq.
Sistemə daxil ol →Saytımızda neft-qaz sahəsində aparılan bərpa, təmir və texniki xidmət işlərinin rəqəmsal hesabatı üçün hazırlanmış platformadır.
Sahədə gündəlik olaraq çoxlu məlumat yaranır: hansı işlər görülüb, hansı avadanlıq işləyib, nə qədər vaxt sərf olunub, harada və niyə boşdayanma yaranıb. Bu məlumatlar çox vaxt dağınıq qeydlərdə, kağız jurnallarda və müxtəlif fayllarda qalır. Nəticədə işin real vəziyyətini görmək, hesabat hazırlamaq və qərar vermək çətinləşir.
Platformanın əsas məqsədi sahədə görülən işləri ardıcıl şəkildə toplamaq, vahid sistemdə saxlamaq və istənilən vaxt lazım olan formada təqdim etməkdir. Hər bir iş bir neçə tərəfdən izlənilir: görülən əməliyyatlar, istifadə olunan avadanlıq, iş vaxtı və boşdayanmalar, məsul şəxslər və digər göstəricilər. Bu yanaşma rəhbərliyə və mütəxəssislərə sahədəki vəziyyəti aydın və şəffaf görməyə imkan verir.
Məqsədimiz: sahə məlumatlarını nizamlı, etibarlı və təhlil üçün hazır hala gətirmək, beləliklə işin səmərəliliyini artırmaq və itkiləri azaltmaq.
Layihəniz haqqında məlumat üçün formu doldurun, ya da birbaşa email/telefonla əlaqə saxlayın.